Dərc edildi: Baxış sayı: 767
Mirkazim Nikbin - Baxıb sevənlər...
Yenə məhəbbətim yadıma düşdü,
Dəyişdi əhvalım, dəyişdi halım.
Sevdalı günlərim nə tez ötüşdü,
Onları əlimdən aldı bir zalım.
Baxıb sevənlərə bir ah çəkirəm,
Deyirəm sevginiz əbədi olsun.
Könlümdə mən daşdan qala tikirəm,
Qoy nakam sevgimin məbədi olsun.
Unuda bilmərəm səni heç zaman,
Çünki, məhəbbətdə nübarım sənsən.
Qəlbimi tutubdur soyuq qış boran,
Fəsillər içində baharım sənsən.
Alıb çaynağına sən apar məni,
Uca zirvələrin başına qartal.
Hicranın əlindən sən qurtar məni,
Bəlkə zirvələrdə mən tapdım vüsal.
Qayıt məhəbbətim, qayıt istəyim,
Qoy bu sınıq qəlbim birdə şənlənsin.
Qayıt ki, həvəsə qəlsin ürəyim,
Bu zülmət həyatım nura bələnsin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət