Dərc edildi: Baxış sayı: 774
Mirkazim Nikbin - Anlamaq olmur
Haqqın tərəzisi yüksüz qalandan,
Nahaqqlar ordusu artdıqca, artır.
Ədalət hakimi şeytan olandan,
Həqiqət vəkili zindanda yatır.
Namərdlər içində mərd olmaq çətin,
Çoxluqdan ayrılıb yaşamaq olmur.
Bu yalan dünyada doğru söhbətin,
Düzün mənasını anlamaq olmur.
Yorulub dünyanın qalmaqalından,
Yaxanı qırağa çəkə bilməzsən.
Məsləhət alsanda ağsaqqalından,
Yalanlar qalasın sökə bilməzsən.
Çox çətin olsada mərd yolu yeri,
Ətrafın təsiri pozmasın səni.
Bu yoldan yorulub dönəndə geri,
Bil artıq dəyişdin səndə cərgəni.
Mərdlər sırasında sonacan döyüş,
Yaşatsın adını nəsillər sənin.
Nahaqqları görüb, haqqlarla görüş,
Dəyməsin fikrinə fəsillər sənin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət