Dərc edildi: Baxış sayı: 839
Mirkazim Nikbin - Anla ürək
Güvənmə dünyanın etibarına,
Aləm bir fırıldaq əməldi ürək.
Qoşulma fələyin ruzigarına,
O səndən də artıq dəcəldi ürək.
Qorxma çətinlikdən atıl alova,
Ov olma həyatda, çıxginən ova,
Sən haqq ağacında quranda yuva,
Bil ki, doğru olmaq əngəldi ürək.
Sən acıb içini tökmə aşkara,
Sirrləri özünləapar məzara,
Alışma hər yanı güllü bahara,
Yaşıllığın sonu xəzəldi ürək.
Səni sevənləri səndə sev sevil,
Səni sevməyəni səndə qəlbdən sil,
Zor ilə məhəbbət olmaz bunu bil,
Bu çox düz deyilmiş məsəldi ürək.
Fələyin qov qaçı səni yoranda,
Başının üstündə namərd duranda,
Köksümdə getdikcə zəif vuranda,
Anla son qonağın əcəldi ürək.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət