Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Anla məni

Mirkazim Nikbin - Anla məni
Sakura

Mirkazim Nikbin - Anla məni

Danlayırsan? - danla məni,
Sənə yoxdu etirazım.
Anlamırsan: - anla məni,
Sənsən mənim tale payım.

Cismimdən canı almısan,
Məni odlara salmısan,
Qəlbimə calaq olmusan,
Vüsalındır tək murazım.

Gülüstanda çiçək çoxdu,
Amma sənin tayın yoxdu,
Bu dünyada gözüm toxdu,
Mənə ey yar eşqin lazım.

Sanma ki, məndən uzaqsan,
Könlümdə əziz qonaqsan,
Dünyama şərik, ortaqsan,
Sənsən bil baharım, yazım.

Səni görçək yazıq könlüm,
Sanki dönür, olur bülbül,
Bunu anlamaq çox müşkül,
Sənsən mənim xoş avazım

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR