Dərc edildi: Baxış sayı: 958
Mirkazim Nikbin - Ana
Mənim həyatımın sönməz günəşi,
Sənsən bu könlümün sultanı Ana.
Mənim ürək dostum, könül həmdəmim,
Bütün dərdlərimin dərmanı Ana.
Sənin ucalığın görünmür gözlə,
İzah etmək olmaz kəlməylə sözlə,
Mən sənin yanında de hansı üzlə,
Etməyin verdiyin fərmanı Ana.
Sənsiz bu könlümdən xəbər bilən yox,
Məsləhət görən yox, fikir bölən yox,
Mənimçün yerini bil ki, verən yox,
Carəsiz günümün həyanı Ana.
Sənsən bu ömrümün varı, dəyəri,
Başımadakı tacın ləli, cövhəri,
Bəşər əvəz etməz bu bir nəfəri,
Sənsiz hec sayıram cahanı Ana.
Sənsən müəllimim, ilk öyrədənim,
Sabaha boynana xoşbəxt dünənim,
Səni mət eyləmək istər qələmin,
Yox elə bir gücü, imkanı Ana.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət