Dərc edildi: Baxış sayı: 899
Mirkazim Nikbin - Aldanma qardaş
Aldanma dünyanın mülki-malınan,
Atma insanlığı kənara qardaş.
Bir gün məndə olur, bir gündə səndə,
Tez-tez əl dəyişir pul-para qardaş.
Çox da düşgün olma vara, dövlətə,
Minmə həddən artıq şana, şöhrətə,
Pul üçün özünü salma zillətə,
Əziyyət çəkərsən bekara qardaş.
İstəmə ki, dövlətin olsun kalan,
Mərətin azıda, çoxuda ziyan,
Varmı gör dünyada elə bir insan,
Varının aparsın məzara qardaş.
İtirmə qəlbində olan vicdanı,
Axıtma, damarda insafsız qanı,
Zalımlar qurduğu taxt taclar hanı?,
Pul salar insanı azara qardaş.
Həyatda hər şeyin qoy olsun halal,
Nə zirvəyə yüksəl, nədə dibdə qal,
Mirkazım özünə üç arşın bez al,
Ölərkən çatacaq o kara qardaş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət