Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Ağlasın

Mirkazim Nikbin - Ağlasın
Sakura

Mirkazim Nikbin - Ağlasın

Mən yenik düşmərəm heç bir ağrıya,
Cismim iztiraba dözər ağlasın.
Hər kəsdən gizlincə ölsəm yaxşıdır,
Vermeyin anama xəbər ağlasın.

Anama deməyin dərdim böyükdü,
Ruhum bədənimə çox ağır yükdü,
Qəlbimin nisgili bölük bölükdü,
Canazəm torpağı bəzər ağlasın.

Sən ey gül ətirli sevgilim inan,
Mənsiz yaşayanda eyləmə fəğan,
Labüt ayrılığa qaldırma üsyan,
Gözlərin gözümü gəzər ağlasın.

Artırar qəm qüssə dərd azarımı,
Qazdırın dağ üstə dik məzarımı,
Qoymayin qəbrimə gələ yarımı,
Gizlində qoy çəkib qəhər ağlasın.

Hər kəsin çiyninə yükdür günahı,
Unudar ölümü nəfsi, tamahı,
İnsan ki, geceden cıxdı sabahı,
Durub səhflərinə səhər ağlasın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR