Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Ağlar-ağlar

Mirkazim Nikbin - Ağlar-ağlar
Sakura

Mirkazim Nikbin - Ağlar-ağlar

Ey gülüm bu nakam məhəbbtimçün,
Bax indi göz deyil, dil ağlar-ağlar.
Mənim bu halıma, bu taleyimə,
Sənin əvəzinə el ağlar-ağlar.

Həyatda çalınar vaxtsız təbillər,
Eşitsin sözümü bütün nəsillər,
Azatlmaz sevgimi keçən fəsillər,
Ömürdən hər ötən il ağlar-ağlar.

Dostlarım təsəlli verirlər mənə,
Deyirlər bu günlər dönər dünənə,
Bir daha həyatda rast gəlsəm sənə,
Bu sınıq ürəyim bil ağlar-ağlar.

Şahiddi eşqimə boran, qar, yağış,
Məni coşduracaq daim o baxış,
Bəs niyə susmusan ey külək danış,
Sükünət içində yel ağlar-ağlar.

Susub bülbüllərin nəğməli səsi,
Onu ruhlandırmır çiçək nəfəsi,
Daha çəmənlikdən xoşdur qəfəsi,
Bülbülsüz saralan gül ağlar-ağlar.

Sanırdım qalanıb könlümdə ocaq,
Odun istisinə qızar hər bucaq,
Bax onu söndürdün ey asi qonaq,
Ocağın yerinə kül ağlar-ağlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR