Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Mirəsgər Seyidov Mirabdulla oğlu

Mirəsgər Seyidov Mirabdulla oğlu
Sakura

DOĞUM TARİXİ: 06/02/1970 VƏFAT TARİXİ: 14/06/1992

6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində doğulmuşdur. 1987-ci ildə 39 saylı Naxçıvan şəhər orta məktəbini bitirdikdən sonra, bir müddət doğma kəndlərində çalışmışdır. 1988-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. 1990-cı ildə hərbi xidmətini başa vurub, öz doğma yurdu Naxçıvana dönür. Ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası ilə törətdikləri vəhşiliklər qədim Naxçıvan torpaqlarından da yan keçməmişdi. Erməni yaraqlıları Naxçıvanın kəndlərinə aramsız hücumlar edir, bu torpaqları Azərbaycandan qoparıb öz caynaqlarına almağa çalışırdılar. Bu çətin günlərdə Vətənin igid oğulları öz canları, qanları bahasına torpaqlarımızı yağı düşməndən qoruyurlar. M.Seyidov könüllü olaraq Babək rayonu Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunun tərkibində vuruşurdu. Kəndin müdafiəsində igidliyi və cəsurluğu ilə fərqlənmişdi. M.Seyidov bir neçə dəfə, ən çətin məqamlarda döyüşçü dostlarının köməyinə çatmışdı. Onun son döyüşü isə 1992-ci il iyun ayının 14-də oldu. M.Seyidov bu dəfə yoldaşlarını xilas edərkən ağır yaralandı və şəhidlik zirvəsinə yüksəldi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Oxuduğu 15 saylı Naxçıvan şəhər orta məktəbinə onun adı verilmişdir.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR