Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Mirələkbər İbrahimov Mirələsgər oğlu

Mirələkbər İbrahimov Mirələsgər oğlu
Sakura

DOĞUM TARİXİ: 30/09/1961 VƏFAT TARİXİ: 05/03/1994

30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində ziyalı ailəsində doğulmuşdur. Birinci sinfə doğma kəndlərində getmişdir. Sonra ailələri Bakıya köçmüşdür. 1978-ci ildə Bakıdakı 158 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. 1980-ci ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman və hərbi hazırlıq fakültəsinə daxil olmuşdur. Təyinatı Lənkərana idi. O, üç il burada müəllim işləyir. Sonra isə Bakıya qayıdır və 153 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir.

1990-cı ilin 20 Yanvar hadisəsindən sonra özünə yer tapa bilmirdi. Daşaltı, Malıbəyli, Kərkicahan qırğınlarından sonra cəbhəyə getməyi qərara aldı. Bu məqsədlə o,Yasamal rayon Hərbi Komissarlığına müraciət etdi. 1993-cü ildə onu yenicə yaradılmış 5-ci Yasamal taboruna komandir təyin edirlər. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Alxanlı, Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə iştirak edərək, mərdliklə vuruşur. 5 mart 1994-cü il... Mirələkbərin son döyüşü... Döyüşçülərimiz Qorqan kəndini erməni işğalçılarından azad edib, bir az dincəlməyi qərara almışdılar. Elə bu vaxt kəşfiyyatçı xəbər gətirdi ki, yaraqlılar iki kəndi işğal ediblər. İgid komandir öz döyüşçüləri ilə silaha sarıldı. Ağır döyüşdən sonra hər iki kənd geri qaytarılsa da, düşmənin gülləsi Mirələkbəri haqladı.  O, Füzuli döyüş bölgəsində gözlərini əbədi yumdu.

Evli idi. Bir övladı vadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə dərs dediyi 153 saylı orta məktəb indi onun adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR