Dərc edildi: Baxış sayı: 639
Mir Möhsün Nəvvab - Səthi-cahan gülüstana dönübdür
Xələt geyib zümrüddən ağaclar,
Ciçəklərdən boynun əyib budaqlar,
Şəbnəm düşüb təzələnib yarpaqlar,
Səthi-cahan gülüstana dönübdür.
Yelpəkləyir badü-bahar üzlərin,
Xumarlanıb yumur nərgiz gözlərin,
Şəkər kimi şirin edir gözlərin,
Səthi-cahan gülüstana dönübdür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət