Slimfit
  1. ƏDƏBİYYAT

Mir Möhsün Nəvvab - Bir nigari-novbaharın gül camalın istərəm

Mir Möhsün Nəvvab - Bir nigari-novbaharın gül camalın istərəm
Sakura

Mir Möhsün Nəvvab - Bir nigari-novbaharın gül camalın istərəm

Bir nigari-novbaharın gül camalın istərəm,
Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
Cuybari-hüsn ara, şəkkər zülalın istərəm,
Mey içib məstan gəzən çeşmi-ğəzalin istərəm.

Aşiqin tərk eyləyib, amma özü məstan gəzər,
Naz edər hər dəm rəqibə bağ ara şadan gəzər,
Yadına bilmərrə düşməz, əhdilə peyman gəzər,
Bir belə insafsız yarın vüsalın istərəm.

Yarını həsrət qoyub aləm ara xar eyləyən,
Sındırıb iqrarını firqətdə bimar eyləyən,
Şad edən əğyarını hər ləhzə təkrar eyləyən,
Gərdəni-mina, qəddi-Tuba misalın istərəm.

Rovzeyi-hüsn içrə guya ahuyi-tatardır,
Xali-mişkini zənəxdanında ənbərbardır,
Ləbləri gül, dişləri həm lölöyi-şəhvardır,
Bir belə rəna ğəzalin, xəttü xalın istərəm.

Bülbüli-şuridə tək cəh-cəh uran, dad eyləyən,
Məst olan, tavus tək məstan geyib, məstan gəzən,
Aşiqini görcəgin tərlan kimi gərdən çəkən,
Naz edən nazikbədən tuti məqalın istərəm.

Baği-gülzar içrə ahu kimi hər yanə baxan,
Etinalar eyləyib əğyarə naz ilə axan,
Aşiqi-zarın dilini nari-hicranə yaxan,
Dərgahi-pakində əğyarın zəvalın istərəm.

Əl çəkib Nəvvabdan, yarəb, o yari-bivəfa,
Nazilən eylər ona hər ləhzə min cövrü cəfa.
Bir deməz biçarə məndən görmədi zövqü səfa,
Rəm yeyən, ram olmayan vəhşi ğəzalin istərəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR