Slimfit
  1. ƏDƏBİYYAT

Mir Möhsün Nəvvab - Bir nigarı istərəm aləmlərin əlasıdır

Mir Möhsün Nəvvab - Bir nigarı istərəm aləmlərin əlasıdır
Sakura

Mir Möhsün Nəvvab - Bir nigarı istərəm aləmlərin əlasıdır

Bir nigarı istərəm aləmlərin əlasıdır,
Ruzgarın bağı içrə novgüli-rənasıdır,
Can ona qiymət degil, qiymətlərin ədnasıdır,
Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Nazilə nazik baxanda dinü imanı alır,
Oəmzəsi ahənrüba tək cismdən canı alır,
Qiyməti-ləli-ləbi İranü Turanı alır,
Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Xalü xəttü tələti firdövsi-əlaya dəgər,
Qaməti-şümşadi min-min sərvi-tubaya dəgər,
Zülfünün hər tarı yüz Leylavü Əzrayə dəgər,
Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Zahida, bu biz degil kim, əlli qat başa qoyub,
Şiydü salusi ilə biçarə əvamı tovlayub,
Ac qurd kimi cəmiən pul, malını soyub,
Bəlkə bu sövdeyi-kamili-gülrüxan sövdasıdır.

Yox məlaməti-aşiqi-biçarə gər candan keçə.
Bir belə canan yolunda xanimandan keçə,
Bu degil halva ki, molla dinü imandan keçə,
Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Bu degil yaqutü almasü zəbərcəd zivəri,
Hər dənizadə alıb zinət, verə duşü bəri,
Bu gedil dinarü dirhəm kim, yığa hər sərsəri,
Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Yoxdur insaf sənə, Nəvvab bir etməz nigah,
Bülbüli-şeyda kimi gər edəsən əfqanü ah,
Kəbəyi-kuyində ömrün mayəsin etsin təbah,
Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR