Mir Mehdi Xəzani - Kitabi-tarixi Qarabağ/İmarət və asar ki, Qarabağda Pənah xandan qalıb
PƏNAH XANDAN QALIB
Əvvəl Bayat qalasıdır ki, bişmiş kərpic ilə barı və bürc və imarət və hamam və bazarı təmir olunmuşdur. Xarab edib, kərpicin həm aparıb, qeyri yerlərdə məsrəf ediblər. Qarabağın Kəbirli mahalında vaqedir. Dağılıb, indi cüzvi asar və nişanəsi vardır.
İkinci - qəleyi-Şahbulaqdır ki, daş və əhəng ilə çeşmə başmda təmir edib. Çarsu və bazar və məscid və hamam qəsəbə şəhər kimi qayırmışdı, indi dağılıb. Hasarı hənuz möhkəm və baqidir.
Üçüncü - Şuşa qalasıdır ki, onun köhnə barısını bina edib və bu halda olan şəhərin üçdən bir hissəsinə möhkəm hasar çəkmişdi. Qalanın bir kənarında özünə imarət yapmışdı. Qalaça tək bürc və barılı idi və böyük oğlu İbrahim xana yenə bir təpə üstə öz evinə bərabər imarəti-mərqub yapmışdı ki, düşmən qalaya gələn çağda, lazım yerləri mühafızət edə. O da bürc və barıhdır. İkinci oğlu Mehrəli bəyə və üçüncü oğlu Talıbxan bəyə dəxi qala içində imarət və ev təmir edib ki, bürc-barılıdır. Onlar da indi durur. Hasarı möhkəm məlumdur. Qalanın köhnə barıları dağılıb, şimdi əmnai-dövləti-tazə bina etmişlər. Amma Pənah xanın hasarından bəzi yerlərdə yenə nişanəsi vardır. Pənah xan əsri Pənah xanın bacısı oğlu Lütfəli bəy idi. Əmisi oğlanları İsmayıl xan və Behbudəli bəy, Mirzə Əli bəyin atası sərkərdə idilər. Qarabağ Pənah xanın əsrinədək və o zamanda şəhərsiz mahalat və əksəri ilat var idilər. Pənah xan mərhum Şuşa qalasını ki, şəhər bina elədi, ondan sonra tamam Gəncə və Ərdəbil və Qaradağ və Naxçıvan hakimlərinə hökmü işlədi. Ərdəbildə Dərgahqulu bəyi hakim qoymuşdu. Şul xanlarm övladlarından həmişə zaval rəsmi ilə hüzurunda gətirib saxlardı. Pənah xan, Meğri, Güney mahalatını Bərgüşad çayınadək Qaradağ hakimindən məxuz edib, təsərrüt etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən (ahb) ixtiyarına keçirdi. Zəngəzur və Qapanat (Qafan) mahallarının Təbriz bəylərbəyisindən xilas edib, öz itaətinə gətirdi. Tərtər çayını Uşacıq günbədindən yuxarı Göyçə sərhədinədək ki, Kolanı məskənidir, İrəvan hakiminə tabe olardılar, hakimi-İrəvandan əxz qılıb, zəbt elədi. Xudafərin körpüsündən, ta Kürək çayınadək Gəncə hakimlərinə aid idilər. Onları həm Gəncə hakimindən mərxuz edib malik oldu. Bunlardan əlavə, ilati-Kəngərli dəstəsi bir minbaşıya tabe olar. Naxçıvandan gəlmədir və Dəmirçi Həsənli həm Gürcüstanda olan Dəmirçi Həsənlidəndirlər, sahibi-rəiyyət və sahibiləva olmuşdular. Bir minbaşıya tabe vardırlar. Cinni tayfası dəxi bir minbaşıya tabe yenə Gürcüstandan gəlmişlər. Təmamisi Pənah xan mərhumdan izzət və hörmət və ədalət görüb, öz xahiş və rizaları ilə onun yanına gəlib və ona müti olublar. Onlara yurd və məskən, yaylaq və aran mühəyya edib, Qarabağda sakin olublar. İxlas ilə Pənah xana xidmət edib, hamısı Qarabağlı mənsub olmuşlar. Və illa Qarabağın əsil ilatı dihatdan savayı Cavanşir və Kəbirli və Otuzikililərdirlər. Qalanları tamam Pənah xan təxti ələ gətirdikdən (sonra) Qarabağ cümləsinə lahəq etmişdir. Mərhum İbrahim xanın əyyami-hökuməti qırx yeddi ilə (yaxın) olub ki, min yüz yetmiş dörd tarixi-islamiyyədən, ta min iki yüz iyirmi bir tarixədək Qarabağda hökumət edib. Əgərçi adı xan olub, amma balaca padşahlar kimi əsası və calalı və ixtiyari-kamil olub, əyyami-hökumətində heç bir padşaha itaət etməyib, xərac verməyib, istiqlal və ixtiyari-təmam ilə hökumət qurubbdır. Ağa Məhəmməd şah Qarabağa qala üstə gəlməmişdən müqəddəm. İbrahim xanın şahlıq əsası var imiş ki, əksər vilayəti Azərbaycana hökmü cari olub, Naxçıvan, Xoy, Ərdəbil, Gəncə, Şirvan, Talış, Şahsevən, Marağa, Təbriz, hətta Qaplankuhədək İbrahim xana əksər vaxt müti olubdur. Şahverdi xan ki, Pənah xan əsrində Gəncə hakimi idi. Pənah xana müti olub. O vəfat edəndən sonra onun oğlu Məhəmməd xan İbrahim xanın əmri ilə hakim təyin olundu. Əvvəl Tutu bəyim adlı bir bacısını İbrahim xana verib, iki qızı şul həramdən olub, ondan o vəfat edib, ikinci bacısı Xurşid bəyimi yenə İbrahim xan alıb ki, Mehdiqulu xan o Xur-şudbanu bəyimdən olubdur. O cümlədən Mustafa xanı Şirvanda İbrahim xan mənsub edib, Şəkidə Səlim xanı və qardaşı Məhəmmədhəsən xanı yenə İbrahim xan hakim mənsub eləyib, Talışda Mir Mustafa xanı həm İbrahim xan nəsb edib, İbrahim xan mərhumun Qarabağda və sair vilayətlərin müti olanlarından əlavə, otuz beş minədək ev itaətində olub. On iki minədək dəftəri-məxsusi qoşunu var idi ki, həmişə zira-hökmündə və adları siyahı və dəftərdə yazılmış qoşun idi. Amma zərurət vaxtı öylə rəşid adamlar, çerik və tüfəngçi hazır olardılar. Amma zərurət vaxtı öylə rəşid adamlar, çerik və tüfəngçi hazır olardılar. Dağıstanın Avar hakimi Ümmə xanın bacısı Bikə ağanı da almışdı, çox şirin qohum idilər. Hər vaxt xahiş edəndə, Dağıstandan və ləzgi qoşununu götürüb bir yerdə düşməni olsa, onlara tənbeh və siyasət edib, özünə müti edərdi. İbrahim xan əlavə çox xanların qızların alıb və qız verib qohum olmuşdu. O cümlədən Şahsevən xanı Nəzərəli xanın bacısını əvvəl almışdı ki, ondan üç qızı olmuşdu. İbrahim xanın calal və hökuməti həmişə artıq olub, ta ki, Ağa Məhəmməd vaxtıvadək. Elə ki Ağa Məhəmməd şah Qarabağa gəlib, bu vilayətləri xarab və aclıq etdi. Ondan sonra xarablıq olub, əksər xalq vilayətlərdə əfsurdə olub dağıldüar. Pərişanlıq əmələ gəlib, xanın calalı və hökuməti və ümuru və vilayəti bir az kəsir və qüsur və nəqs və fütur hasil etdi. Amma Fətəli şah İranda cülus edəndə yenə İbrahim xana hörmətlər və mərhəmətlər çox edirdi. Qızı Ağa Bəyim ağanı alıb, qohum olmuşdu. Qaradağın vilayətinin təmam mədaxilini İbrahim xana vermişdi. Qarabağ dəxi təmam özunün xalisəsi idi. Ta ki, İbrahim xan Rusiya imperatoru Aleksandr Pavloviçə itaət edənədək, Qaradağ hakimlərini yenə İbrahim xan təyin edirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət