Slimfit
  1. ƏDƏBİYYAT

Mir Mehdi Xəzani - Kitabi-tarixi Qarabağ/Asar və İmarət ki, mərhum İbrahim xandan qalıbdır

Mir Mehdi Xəzani - Kitabi-tarixi Qarabağ/Asar və İmarət ki, mərhum İbrahim xandan qalıbdır
Sakura

Mir Mehdi Xəzani - Kitabi-tarixi Qarabağ/Asar və İmarət ki, mərhum İbrahim xandan qalıbdır

ASAR VƏ İMARƏT Kİ, MƏRHUM İBRAHİM XANDAN QALIBDIR

Əvvəl, Şuşa qalasının sabiq divan və bansı idi ki, üç il müddəti yaxşı mühəndis peşə ustadları tərəfindən təmir olub, 1198 (1783-84)-ci ildə itmam bulmuşdu. Sonra əmnai-dövləti-Rusiya pozub əlavə yaxşı möhkəm bina və təcdid etdilər. Amma yenə bəzi məhəllələrində xanın təmiratından əsər və nişanəsi hənuz baqi qalmışdı. 
İkinci, qalada vaqe böyük məscidi-camedir ki, daş və əhəng ilə səneyi 1182 (1768-69)-ci tarixdə təmir etmişdi. Amma sonra köhnə olmuşdu. 1281 (1864 65)-ci ildə öz mükərrəmə qızı Gövhər ağa təcdidi-imarət qılıb, yaxşı artıq möhkəm səliqə ilə təğdidən təmir elədi. Lakin 1919-cu ilin iyununda, Şimaldan yaxınlaşan təhlükə ilə bağlı olaraq, və iki ali minarə müzəyyid elədi. Əlavə bir qeyri məscid dəxi Gövhər ağa mərhumə qalada tikib. O hər iki məscidə dünyadan gedəndə çox kəndlər və əmlak və mədaxil və pul vəqf edibdir ki, indi də şul vəqfiyyat davam edir. Gövhər ağadan sonra haman xərc ilə Gövhər ağanın ikinci məscidini mühəndis Kərbəlayı Səfi xan Qarabağinin səy və sənəti ilə əlavə, xoş səliqə ilə möhkəm təmir edirlər. Bu 1290 (1873)-cı ildə çox mərqub və pəsəndidə olubdur. 
Üçüncü, İbrahim xanın təmiratında iki mərqub imarətlər idi ki, öz evləri idi. Birisində Xurşidbanu bəyim, Mehdiqulu xanın anası sakin olardı. Birisində Ümmə xan Dağıstanlının bacısı Bikə ağa olurdu. Onların birində şimdi Mehdiqulu xanın evi sakindir. Birisində Əhməd xan evidir. Sonra təcdidi-imarət ediblər. Xanın divanxana evini dəxi şimdi qoşun kilsəsi edib, mərqub kilsə bina ediblər. 
Dördüncü, Ağdam kəndində bağlar və hasarlar və üç günbəzi-alidir ki, Pənah xanın və sair övladlarının qəbirləri üstündə bina etmişdi. Böyük çarsu damları var ki, Pənah xanın atası İbrahimxəlil ağanın qədimi ocağı və evidir ki, yonma daş ilə tağbənd təmir olunmuşdu. Amma Ağa Məhəmməd şah gələndə o səmtdə ordu eləmişdi. Tiflis təsxirinə gedəndə günbəzləri və evləri xarab etmişdilər. Sonra mərhum Mehdiqulu xan irəlidən yaxşı təmir elədi. Dəxi bir ehsan bağı orada təmir olunub. Ətrafı hasar və barılı və bir böyük buzxana həm təmir olub. Yenə ehsan üçün və o məqbərələrə vəqf olunub ki, səhra xalqı ilat və dihat yay mövsümü və biçin vaxtlarında aparıb, sərf edərlər. Arazlılara götürüb məsrəf edirlər. Əlbəttə ki, min yük buz və bəlkə ziyadə məsrəf olur. Yaxşı ehsandır. Bunları mərhum Mehdiqulu xan təcdidi ziyadə edibdir. 

Beşinci, Xan bağmdakı imarətlərdir ki, qəleyi-Şuşanm bir ağaclığında vaqedir. Bağlar və tövlələr və buzxana və dəyirmanlar və arxlar bina edib qayırmışdı. Nəhayət, 1826-cı ildə Qızılbaş qoşunu gəlib, tamam onlan yandınb, xarab etmişdilər. Amma sonra fərzəndi-ərşədi Mehdiqulu xan ziyadə səliqə ilə təmir edib, yaxşı karvansara və dükanlar həm orada təmir etmişdir. 

Altıncı, İbrahim xanın bir ümdə əsəri dəxi Əsgəran dağının iki qalasıdır. Çünki Şirvan və Şəki və Dağıstan xalqı Pənah xan ilə düşmən idilər. Ehtiyatən vəsiyyət elədi ki, hərgah mənə fürsət olmasa, gərək mənim oğlum İbrahim Xəlil bu iki dağın arasında iki qala təmir edə ki, düşmənçilik vaxtında Əsgərandan, ta Şuşa qalasınadək iyirmi səkkiz verst olur. Və ətraf möhkəm meşə və qayalı dağlardır ki, böyük dərələr və səhralar vardır. İlat xalqı o dağlarda və dərələrdə sığınaq edib, Əsgəran qalalarında qoşun və tüfəngçi qoysalar, düşmən keçib qala üstə müşkül gələ bilər. Əgər gələ bilsələr də, çəpavül edib, mal-məvaşi qarət edib, apara bilməzlər. Ona əsasən İbrahim xan iki qala - biri məşriq tərəfindən və birisi məğrib tərəfindən əhəng və daş ilə bürc və barını möhkəm təmir elədi. Belə ki, Ağa Məhəmməd şah qala üstən köçüb Tiflisə gedən vaxtda o qalalardan keçib gedə bil-mədi. İyirmi gün müddəti Şuşa qalası ilə Əsgəran arasmda şahın qoşunu məəttəl qaldı. Nə qədər ki, böyük toplarını o qalaya atdı, bir zərər edə bilmədi. Orada çox adamlar qətlə yetişdi. Çox zərər və nöqsanlar oldu. Axırül-əmr, İbrahim xan əmr eylədi, qoşun oranı boşaldıb, Şuşa qalasına gəldilər. Ondan sonra şahın qoşunu oradan keçib gedib, Qarqar çaymın kənarında yavuq ordu elədilər. 
Yeddinci, Şuşa çayının Xəzinə qayasında, qayanın ortasında qırx-əlli sajin yer, eni və uzunu olan məqamda ki, oradan çaya yüz sajin və ondan yuxarı qayanın başına beş yüz sajin iltifa olub, otaqlar təmir etdirir ki, məhz qayanın arası ilə o otaqlara bir nazik yol gedir. O da piyada yoludur. Qalan yerləri tamam qayadır. Yol yoxdur. Qalanın içindən şul imarətlər olan yerə qayanın başından tüfəng atsalar, çətinlik ilə yetişir. Qayanın üstündən şul yerə daş və qaya salsalar, o imarətləri görməz, çaya gəlir. Yenə onun qənşərində Şuşa qalası tərəfində bir böyük mağara vardır ki, dərinliyi məlum olmaz. Onun ağzına yavuq Məlik Şahnəzər özünə otaqlar və evlər tikdirib ki, xanın o imarətləri ilə qabaq-qabağa ki, düşmənçilik vaxtı olanda o imarətlərdə olanlar bir-birinə himayət edib, düşməni qoymayalar və aralarından Şuşa çayı axıb gedir ki, çayı və suyu düşmən kəsə bilməz. Belə ki, 1826-cı məsihiyyə ilində naibüssəltənə Abbas Mirzə qoşun ilə Qarabağa, qala üstə gələn vaxtda Şuşa kəndinin xalqı o Məlik Şahnəzərin mağara ağzmda olan imarətlərində sığınaq etmişdilər. Qalaya gəlib-gedirdilər. Qoşunun və şəhər əhlinin taxılını aparıb, un edib, gətirirdilər. Çaydakı dəyirmanları onların səbəbinə Qızılbaş qoşunu ala bilmədi. Qalaya külli nəfi oldu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR