Slimfit
  1. ƏDƏBİYYAT

Mir Həmzə Nigari - Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar

Mir Həmzə Nigari - Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar
Sakura

Mir Həmzə Nigari - Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar

Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar, 
Terlədib ruxsan al eylerdi, al eylərdi yar.
Ah ol dəmlər, nə dəmlər kim qəzəlgu her yana, 
Kakiləfşan, mufışan rəmli-qəzal eylərdi yar.
Heyretim zur eylədikcə vehşigahi-eşqdə,
Ünsiyyət eylerdi könlüm, guşmal eylərdi yar.
Vəh, nə aləmdir məhəbbət aləmi kim bir məqal, 
Nim təbəssüm, nim nigəh, halım sual eylərdi yar.
Badeyi-dildarlıqla aşiqi məst eyləyib,
Başqa halət göstərərdi, başqa hal eylerdi yar.
Ey xoş ol saet, nə saet, ey xoş ol halət nə hal, 
Dilbəranə göftgu, Şirin məqal eylerdi yar.
Noldu, ey Miri Nigari, ol zaman kim biqərəz, 
Eylədikcə min niyazü erzi-hal eylərdi yar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR