Dərc edildi: Baxış sayı: 806
Mir Həmzə Nigari - Əqlimi ey guli-xəndan
Əqlimi ey guli-xəndan,
Atdın həvayə-həvayə.
Eylədin bulbul tək əfqan,
Duşdum ah-vayə, ah-vayə.
Qeydi-zulfində, ey mahim,
Ərşə yetişibdir ahim.
Murəxxəs et, padişahim
Məni bir ayə, bir ayə.
Ləlindir omrum səfası,
Ağzındır dərdim şəfası
Ey sənəm, zulfin həvası
Əldə sərmayə, sərmayə.
Bəndi-bənd gəldim xuruşə,
Zovqi yetirdim suruşə.
Mayıl oldum cuşə-cuşə,
Ləbi həmrayə, həmrayə.
Dərsin almış rahibərdən,
Mushəfi-ruyi-dilbərdən.
Nigari hərdəm əzbərdən
Oxur min ayə, min ayə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət