Dərc edildi: Baxış sayı: 721
Mir Həmzə Nigari - Əlhemdülillah, fikrimdir Allah
Əlhemdülillah, fikrimdir Allah,
Fikrimdir Allah, əlhəmdülillah.
Könlümdə, dildari dilxah,
Dilxari dilxah könlümdə, vallah.
Zikrimdir Allah hər bir məhəldə,
Hər bir məhəldə zikrimdir Allah.
Tövbəti lillah əcəb riyadən,
Əcəb riyadən tövbətü-lillah.
Əstəğfırullah birahlıqdan,
Birahlıqdan əstəğfırullah.
Keçməzəm bəzmi səmadən,
Bəzmi səmadən keçməzəm, billah.
Virdimdir Allah, Seyyid Nigari,
Seyyid Nigari, virdimdir Allah.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət