Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Miqreni tutanların diqqətinə: Baş ağrılarının təhlükəli sonu

Miqreni tutanların diqqətinə: Baş ağrılarının təhlükəli sonu
Sakura

İşemik insultun yaxınlaşdığını miqren tutmalarından bilmək olar – Hər gün başı ağrıyanlar təhlükədədir

Ural dövlət tibb universitetinin, Kopenhagen universitetinin alimləri tranzitor işemik həmlə ilə auralı miqrenin əlaqəli olduğunu sübut edən elmi araşdırma aparıb. 
 
Medicina.az xəbər verir ki, tranzitor işemik ataka – onurğa və başda qan dövranının kəskin pozulmasıdır ki, nəticədə toxumaların infakrtı baş vermir, amma insultda olduğu kimi bir çox simptomlar – bədənin bir hissəsində hissiyatın itməsi, nitq, yaddaş pozuntusu baş verir – bu hal 1-2 sutkaya keçib gedir. TİA ilə real insultu ayırd etmək üçün xəstəyə MRT təyin olunur.  
 
Hələ ki, tranzitor işemik atakın əvvəlcədən hansı simptomlarla başladığı təyin olunmayıb. Amma bu elmi araşdırmada müəlliflər 2014-2016-cı illərdə 120 nəfər TİA keçirmiş pasiyenti 1 il ərzində izləmişlər. Onlardan TİA-dan öncəki ildə səhhətlərində nə hiss etdiklərini araşdırıb öyrəniblər. 
 
Məlum olub ki, tranzitor işemik atak keçirən xəstələr il ərzində auralı miqrne ağrılarından 30% daha çox əziyyət çəkiblər. TİA baş verməzdən əvvəlki həftədə isə hər gün başları ağrıyıb. 
 
16 nəfər etiraf edib ki, atakdan öncəki başağrısı tipi onlar üçün yeni idi. 12 nəfər isə miqrendən daha güclü ağrı hiss etdiyini, 8 nəfər isə başda gərginlik olduğunu bildirib.  Beynin arxa hissələrində qan dövranı pozulan xəstələr TİA-dan ğncəki həftədə daha çox başağrısı keçiriblər.
 
Araşdırmaların sonunda belə nəticəyə gəlinib ki, TİA baş verəcək ildə miqren tutmaları artır, xüsusilə auralı miqren. Ikincisi başağrıları intensivləşir və yeni növləri yaranır, hansı ki, xəstə əvvəllər belə ağrı görməmişdi.  
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR