Dərc edildi: Baxış sayı: 330
MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminə başlanılır
30 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.
Ens.Az-ın məlumatına əsasən,bu barədə "Apa.az"a Təhsil İnstitutundan bildirilib.
Vakansiya seçimi test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılacaq.
Qeyd edilib ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 2 sentyabr saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət