Dərc edildi: Baxış sayı: 679
'Minsk-2019': Rüfət Hüseynov erməni boksçuya qalib gəlib
Azərbaycan boksçusu Rüfət Hüseynov "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.
"Report"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, 49 kq çəki dərəcəsində çıxış edən Hüseynov ilk görüşündə İsraili təmsil edən əslən erməni David Alaverdyana heç bir şans verməyib - 4:0.
Bu qələbə sayəsində Hüseynov 1/4 finala yüksəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət