Slimfit
  1. CƏMİYYƏT

“Minlərlə gəncin iş yerinə çevrilən şirkəti bağlamaq ağlabatan deyil” - Osman Gündüz

“Minlərlə gəncin iş yerinə çevrilən şirkəti bağlamaq ağlabatan deyil” - Osman Gündüz
Sakura

“Minlərlə gəncin iş yerinə çevrilən şirkəti bağlamaq ağlabatan deyil” - Osman Gündüz

“10 ildən çox ölkədə fəaliyyət göstərən, artıq oturuşmuş bir şirkətə çevrilən, minlərlə gənclər üçün iş yeri və çörək pulu qazanmaq yerinə çevrilən, cəmiyyətin elə bir ciddi narazılığı olmayan bir strukturun fəaliyyətini dayandırmaq və ya bağlamaq qərarı ağlabatan bir addım kimi görsənmir”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bu gün “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı qərara münasibət bildirərkən deyib:

“Qurum bunu “Wolt”un xəbərdarlıqlara əməl etməməsi ilə əlaqələndirib və təkrar xəbərdarlıq kimi tətbiq etdiyini bildirib.

Yəni, “Wolt” mopedlərində dezinfeksiya işlərinin aparılmaması, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi, məhsulların temperatur rejimi və qaydaları pozulmaqla daşınması və s. məsələlər bu qərar üçün əsas olub”.

Osman Gündüz əlavə edib ki, səlahiyyətli dövlət qurumunun təkrar addım olaraq belə bir sərt qərar verməsi anlaşılandır:”Amma dərhal da razılaşmaq olar ki, 10 ildən çox ölkədə fəaliyyət göstərən, artıq oturuşmuş bir şirkətə çevrilən, minlərlə gənclər üçün iş yeri və çörək pulu qazanmaq yerinə çevrilən, cəmiyyətin elə bir ciddi narazılığı olmayan bir strukturun fəaliyyətini dayandırmaq və ya bağlamaq qərarı ağlabatan bir addım kimi görsənmir.

Düşünürəm ki, AQTA digər əlaqədar dövlət qurumları və “Wolt”la  birgə şirkətin qanunvericiliyin tələblərinə əməl etməsinə, qaydalara uyğunlaşdırılmasına köməklik göstərə bilərdi, daha hövsələ ilə yanaşa bilərdi, cərimələr tətbiq edə bilərdi və s.

Ümid edirəm, səlahiyyətli qurumlar “Wolt”la birgə bir daha bu məsələni araşdırıb doğru bir qərar verəcəklər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR