Slimfit
  1. DÜNYA

Minlərlə amerikalı Bruklin körpüsünə toplaşdı: Etiraz...

Minlərlə amerikalı Bruklin körpüsünə toplaşdı: Etiraz...
Sakura

Minlərlə amerikalı Bruklin körpüsünə toplaşdı: Etiraz...

Bazar günü Bruklin körpüsündə keçirilən mitinqdə on mindən artıq Nyu York sakini iştirak edib.

Axar.az xəbər verir ki, aksiya yəhudilərə qarşı nifrət zəminində Nyu York və Nyu Cersidə hücumların sayının çoxalmasına etiraz əlaməti olaraq keçirilib.

Aşağı Manhettendəki Foli meydanına toplaşan və Bruklində Kadman meydanından keçən nümayişçilər tərəfindən “Ədavətə son, qorxuya son!” kimi şüarlar səsləndirilib.

Nümayişçilər qarşısında çıxış edən Nyu York şəhərinin qubernatoru Endrü Kuomo bildirib ki, ştat dini qrupların ədavət zəminində təqiblərdən qorunması məqsədilə əlavə olaraq 45 milyon dollar sərf edəcək.

Xanuki bayramı zamanı ravvinin evinə balta ilə hücum antisemitizmlə bağlı son cinayət kimi qeydə alınıb. Nəticədə ultraortodoks yəhudi xasidləri icmasının 6 üzvü yaralanıb.

Hakimiyyət orqanları hücum zamanı 38 yaşlı Qrafton Toması həbs ediblər. Polis zabitləri tərəfindən onun evində aparılmış axtarış nəticəsində orada antisemit ruhlu məqalələrin, o cümlədən Hitlerin xatırlandığı, “nasist mədəniyyəti”ni ifadə edən materialların yer aldığı jurnallar aşkar olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR