Slimfit
  1. CƏMİYYƏT

Minimum maaş bu qədər artacaq - Tarixlə bağlı açıqlama

Minimum maaş bu qədər artacaq - Tarixlə bağlı açıqlama
Sakura

Minimum maaş bu qədər artacaq - Tarixlə bağlı açıqlama

COP-29 başlayan müddətə qədər minimum əməkhaqqının artırılmasına dair yeniliyin olacağı gözlənilir.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, artımın miqdarı və zamanı noyabrın 1-dək hazırlanan təkliflərdən asılı olacaq.

Artım miqdarına və tarixinə gəldikdə isə ekspert düşünür ki, bu, əsasən inflyasiya göstəricəsindən asılı olacaq: "İlkin proqnozlarda 2024-cü ildə ölkədə illik inflyasiyanı İqtisadiyyat Nazirliyi 5,3%, BMT 5,9% proqnozlaşdırsa da, Mərkəzi Bank 2024-cü ilə inflyasiya proqnozunu aprel ayında azaldaraq 2024-cü üçün 3,5% olaraq açıqlanmışdı.

Deməli, hazırda 345 manat olan minimum əmək haqqının minimum 5% artımla yenilənməsi olacaq ki, bu da 362-363 manat deməkdir. Lakin nəzərə alsaq ki, 345 manatlıq məbləğ 2023-ci ilin 1 yanvarından müəyyən edilib, deməli əhalinin alıcılıq qabiliyyətinə təsir edən 2023-cü ildə inflyasiya göstəricilərinin də nəzərə alınması daha doğru olardı. 2023-cü ildə 8,6% inflyasiya qeydə alınıb".

Ekspertin fikrincə, inflyasiyanın 2 il ərzində təsir etdiyi alıcılıq qabiliyyətinin qorunması üçün bu artımın 13-14% ətrafında müəyyənləşməsi daha realdır: "Bu isə minimum əmək haqqının növbəti dəfə 390-400 manata qədər artırılma ehtimalının olduğunu göstərir. Beləliklə, subyektiv olaraq gözləntim 370-400 manat intervalının yuxarı sərhədləridir".

"Bunun tətbiq edilmə vaxtına gəldikdə isə, 2025-ci ilin ilk aylarından olacağını ehtimal etmək olar. Ona görə ki, təkliflərin hazırlanıb təqdim edilmə tarixi bu ilin 11-ci ayına müəyyən edilib. Odur ki, qərarın qəbul edilməsi və fərmanın icrası üçün də lazım olan zamanı əlavə etsək, 2025-ci ildən yeni minimum əməkhaqqı səviyyəsinin müəyyən ediləcəyini gözləyə bilərik", - deyə E. Əmirov əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR