Slimfit
  1. AZƏRBAYCAN

Mingəçevirdə təbii qaz kəmərləri yeniləri ilə əvəzlənir

Mingəçevirdə təbii qaz kəmərləri yeniləri ilə əvəzlənir
Sakura

Mingəçevirdə təbii qaz kəmərləri yeniləri ilə əvəzlənir

Mingəçevir şəhərində təbii qaz kəmərləri yeniləri ilə əvəzlənir.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, abonentlərin dayanıqlı, fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə birlikdə təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür. Regionların qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Mingəçevir şəhəri Kür çayının sahilində yerləşən kollektordan şəhər istiqamətində diametri 273 millimetrlik orta təzyiqli yeraltı qaz kəmərinin korroziyaya uğramış 577 metr hissəsinin, diametri 315 millimetrlik polietilen qaz kəməri ilə əvəzlənməsi işlərinə başlanılıb. Yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.

İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən “Azəriqaz” istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün, planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidənqurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR