"Mingəçevir Gənclərinin Natiqlik Forumu" uğurla yekunlaşıb
Mingəçevir Gənclər Evində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC), Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və "Gələcək Gənclərlə Gələcək" Gənclər Klubunun tərəfdaşlığı ilə həyata keçirilən "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin "Final Mükafatlandırma və Bağlanış Mərasimi" keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov, Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov, KİV nümyəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirin ilk hissəsi "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi çərçivəsində reallaşan "Müasir təlim metodlarının tətbiqi özünü doğruldur" mövzulu Debat Forumunun final oyunu ilə başlayıb. Məlumat üçün bildirək ki, forumun ilk günündə 22 komanda tərkibində 66 gənc mübarizə aparmış və Mingəçevir şəhər 3 nömrəli orta məktəbi təmsil edən "Qarabağ" komandası ilə Mingəçevir Texniki Humanitar Liseyini təmsil edən "Demosfen" komandası finala vəsiqə qazanmışdılar. Final oyununun yekununda hakim heyətinin qərarına əsasən Mingəçevir şəhər Texniki Humanitar Liseyini təmsil edən "Demosfen" komandası forumun qalibi oldu.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli layihənin uğurla yekunlaşması münasibəti ilə layihə komandasını təbrik edərək onlara uğurlar arzulayıb. Bu kimi debatların gənclərin inkişafında müstəsna rol oynadığını bildirən K. Nəcəfli son illər Mingəçevir gənclərinin debat sahəsində nəyin ki, regionda hətta respublikada olan uğurlarını qeyd edib.
Daha sonra çıxış edən layihə rəhbəri Etiram Sadıqzadə layihə haqqında ətraflı məlumat verərək qeyd etdi ki, 1 təqdimat, 2 ümümi təlim, 1 mövzu təlimi, 1 şou debat, 4 hakimlərlə görüş, 18 şadirdlərlə görüş, 40 təlim-məşq, 1 debat forumu, 1 mükafatlandırma və bağlanış mərasimi olmaqla ümümilikdə 69 tədbir keçirilmiş və bütün bu tədbirlərdə 457 gənc, Debat Forumunda isə 66 iştirakçı 18 təşkilat komandası olmaqla 84 gənc iştirak etmişdir.
Tədbirin gedişində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılovun salamlarını tədbir iştirakçılarına çatdıraraq ölkədə aparılan gənclər siyasətindən, ölkə rəhbərliyi tərəfindən gənclərin diqqət və qayğı ilə əhatələnməyindən, ölkə prezidenti cənab İlham Əliyevin insan amilini əsas kapital saydığından söhbət açıb.
Tədbirdə çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov natiqlik təlimlərinin,debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışdı,bundan sonrada Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildiridi. R. Qurbanov Mingəçevirin yalnız energetiklər deyil eyni zamanda gənclər şəhəridə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonda layihə çərçivəsində reallaşan Debat Forumunun qalibləri kubok, medal, sertifikat, qiymətli hədiyyələlə, eləc də bütün iştirakçılar sertifikatla təltif olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət