Slimfit
  1. CƏMİYYƏT

Minaya düşərək həlak olan media nümayəndələrinə şəhid statusu veriləcək - RƏSMİ

Minaya düşərək həlak olan media nümayəndələrinə şəhid statusu veriləcək - RƏSMİ
Sakura

Minaya düşərək həlak olan media nümayəndələrinə şəhid statusu veriləcək - RƏSMİ

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə şəhid statusu veriləcək.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

F.Talıbov qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə qanunvericiliyə əsasən şəhid statusu verilir:

“Həmakrlarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AzTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək, həlak olması hamımızı sarsıtdı.

Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır. 

Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!”

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR