Dərc edildi: Baxış sayı: 377
Minaya düşərək həlak olan baş leytenant dəfn olunub
Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.
“Report”un Aran bürosunun məlumatına görə, şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi.
Allah rəhmət eləsin!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət