Slimfit
  1. MARAQLI

Min bir dərdin dərmanı ŞAFTALI — Haqqında bilmədiklərimiz

Min bir dərdin dərmanı ŞAFTALI — Haqqında bilmədiklərimiz
Sakura

Yay aylarının ən ləzzətli meyvələrindən biri də şaftalıdır.

Yay aylarının ən ləzzətli meyvələrindən biri də şaftalıdır.

Ölkə.Az” xəbər verir ki, tərkibində müxtəlif vitamin və minerallar olan şaftalı çox faydalıdır. Şaftalının tərkibində antioksidant var və bir sıra xərçəng növünə qarşı orqanizmi qoruyur. Potasium və maqnezium isə hamilə qadınlar üçün faydalıdır.

Şaftalının tərkibindəki C vitamini ana bətnində olan körpənin sümük, diş, dəri, əzələ və qan damarlarının sağlam böyüməsini təmin edir.
Dünyada ən geniş yayılan ağ ciyər xərçəngi, döş xərçəngi kimi bədxassəli şişlərin qarşısını alan antioksidantlar şaftalının tərkibində var. Bundan başqa xərçəng xəstələrinin müalicə dövründə də müsbət təsir edir.

Şaftalının tərkibindəki zəngin liflər bağırsaqlara faydalıdır. Qəbz olan insanlara kömək edir. Böyrək qumu və böyrək daşının düşməsinə də səbəb olur.
Bu meyvənin tərkibində A, C, E, K, B1, B2, B3, B6 vitaminləri, folat, pantotenik turşu, kalsium, potasium, maqnezium, dəmir, fosfor, sink, alüminium və digər faydalı maddələr var.

Şaftalının tərkibindəki maqnezium sinir sisteminə faydalıdır, depresiyanın təsirlərini ortadan qaldırır. A və C vitaminləri isə göz üçün çox faydalıdır.
Böyrək xəstələri isə gündə 1-2 ədəddən çox şaftalı yeməməlidirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR