Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Min bir dərdin dərmanı olan çiy dəmləmələr

Min bir dərdin dərmanı olan çiy dəmləmələr
Sakura

Min bir dərdin dərmanı olan çiy dəmləmələr

Moderator.az sağlamlıq üzrə mütəxəssis ƏRşad Əzimzadəyə istinadən  min bir dərdin dərmanı olan çiy dəmləmələrin reseptlərini təqdim edir:

Çuğundur içkisi - 4 xörək qaşığı quş üzümü - yaxud qırmızı qarağat - 2 xörək qaşığı çuğundur şirəsi,1 çay qaşığı bal və stəkanın 2/3 qədər suyu bir-birinə qarışdırmaq lazımdır;

Natural tərəvəz şirələri - Kəskin tamı olan tərəvəzləri (illik və aylıq turp, qıtıqotu) sürtkəcdən keçirmək, həmçinin, su qatmaq və süzmək lazımdır. Belə şirəni şirəçəkən maşında düzəltmək daha asandır;

Tərəvəz südü - 5 tərəvəz növünü - kələm, kök, çuğundur, turp,xiyar, pomidor, kartof - eyni vaxtda sıxmaq və qarışdırmaq, üstünə bir o qədər qatıq əlavə etmək lazımdır;

Limonad - bir stəkan suya 1-2 limonun şirəsini tökmək və hər kəsin zövqünə uyğun bal əlavə etmək gərəkdir;

Kəpək suyu - Dörd xörək qaşığı kəpəyi 20 xörək qaşığı suya qarışdırmaq, 3-4 saatdan sonra süzmək, alınmış məhlula 1 xörək qaşığı bal və şülul şirəsi əlavə etmək lazımdır;

Çiy çaylar: İki xörək qaşığı hər hansı yeyilən otun - məsələn, cəfəri, kərəviz, gicitkan - və ya yarpağın üstünə 1 stəkan çiy su tökmək və 12 saat isti yerdə saxlamaq, süzdükdən sonra zövqə uyğun miqdarda bal qatmaq lazımdır;

Alma çayı - Xırda doğranmış almanın üstünə su tökmək, yarım saatdan sonra süzgəcdən keçirib içmək lazımdır;

Tərəvəz südü - Təzə tərəvəz şirəsini - kök, turp, şalğam -   qatıqla qarışdırmaq(eyni həcmdə).Belə süd köhnə,qurumuş qıtıq -otundan (xren) daha yaxşı alınır. Qıtıqotu və turp südü. 1xörək qaşığı qatığa 1 çay qaşığı turp, yaxud əzilmiş qıtıqotu qatmaq, üstünə qatıq əlavə etmək lazımdır;

Sarımsaq südü - Sürtkəcdən keçirilmiş 1 diş sarımsağın üstünə qatıq (kefir, ayran, süzmə, prostokvaşa) əlavə etmək gərəkdir;

Çuğundur kvası. - 3 litrlik balona bir qədər təmizlənmiş çuğundur doğramaq,üstünə qaynamış isti su tökmək,ağzını tən ziflə örtmək,5 gün dəmləmək, üstündə əmələ gəlmiş ərpi yığıb atmaq lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR