Dərc edildi: Baxış sayı: 563
"Milyoner oldum" - deyərək zarafat etmişdi - Gerçək oldu
İngiltərədə dülgərliklə məşğul olan Daniyel Peart lotoreyadan qazandığı pulla milyoner olub.
Metbuat.az "Posta.com"a istinadla xəbər verir ki, 27 yaşlı Daniyel həyat yoldaşı Şarlotta Pearta zəng edərək lotoreyadan pul udduqlarını və milyoner olduqlarını deyib. Qadın qısa müddət sonra bunun zarafat olduğunu başa düşüb. Ancaq hadisədən 3 həftə sonra cütlüyün həyatı tamamilə dəyişib. Daniyel bu dəfə lotoreyadan 1 milyon funt (8.5 milyon TL) qazanaraq milyoner olub.
3 uşaqlı cütlük qazandıqları pulla daha böyük evə köçəcəklərini bildirib. Onlar bu pulla övladlarına ilk hədiyyə olaraq elektrikli skeytbord alıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət