Milyoner kişi evlənmək istədi, 2500 qız elçi düşdü
ABŞ-ın Yuta ştatında evlənmək istəyən milyoner kişi bununla bağlı elan verib.
“Qafqazinfo” xəbər verir ki, elan yayımlandıqdan sonra 2500 subay qız milyonerlə evlənmək eşqinə düşüb.
Lakin müraciət edən həmin qadınların arasında yalnız 20 nəfər seçilib. Seçilən qadınlar kimliyi açıqlanmayan milyonerin təşkil etdiyi tədbirə dəvət edilib.
Tədbirə limuzinlərlə gətirilən qadınlar milyonerə nəyə görə onunla evlənməli olduğunu izah ediblər.
O, hər bir qızla 5 dəqiqə söhbət etdikdən sonra, onlara hədiyyələrini təqdim edib. Sirli milyoner növbəti günlərdə 20 nəfərin arasından seçilən qızlarla görüşəcəyini bildirib.
Qeyd edək ki, tədbirdə iştirak edən qadınlarla milyonerin kimliyinin açıqlanmamasına dair müqavilə imzalanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət