Milyon dollar təqaüd almış tələbə
Cənubi Afrikalı tələbə Sibonqile Mani təqaüdün hesablanmasındakı xətaya görə milyoner olur. İki aydan çox oxuduğu universitetin hesabına kef edir, lakin onun həyatı diqqətdən kənarda qalmır. İndi qız təhsil müəssisəsinə zərəri ödəmək məcburiyyətindədir.
27 yaşlı Sibonqile Mani cənubi afrika şəhəri Mtatada yerləşən Uolter Sisulu adına universitetdə mühasibat işi üzrə təhsil alır. Hər ay o 1430 rand (108 ABŞ dolları) həcmində sosial təqaüd alır. Təxmin olunur ki, bu vəsaitə qız özünə geyim və kitab alır.
Yayın əvvəlində tələbə qız bank hesabını yoxlayarkən orada böyük sərvət olduğunu görür. Aydın olur ki, universitetin maliyyə işlərini aparan Intellimali şirkəti səhvən Maninin hesabına 14,3 milyon rand köçürür, bu da 1,1 milyon dollar edir. Beləliklə Sibonqile Mani 1 iyundan 13 avqust tarixinə qədər müddətdə Qara kontinentin ən varlı tələbəsi olur.
Xətanın baş verməsi barədə tələbə heç kimə deməməyə qərar verir. Bunun əvəzində o xərcləyir, özünə yeni əşyalar, dostlarına hədiyyələr alır, lüks şənliklər təşkil edirdi. Lüks həyat diqqətdən kənar qalmadı. Universitetdə şayələr gəzməyə başladı və kimsə Maninin üzərində 13 milyon rand qeyd olunan bank çekini gördü.
73 gün sonra yerli tələbə təşkiları SASCO-nun katibinin köməkçisi Maninin təqaüdünü ödəyən NSFAS tələbələrə milli yardım proqramının nümayəndələri ilə əlaqə saxladı. Universitetdə deyiblər ki, bu xətanın necə baş verməsindən anlayışları belə yoxdur. Qızın hesabından qalan məbləği çıxıblar. Onun xərclədiyi məbləği isə qaytarmaq lazım olacaq. Ümumilikdə Mani təxminən 65 min ABŞ dolları xərcləyib.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət