Slimfit
  1. DÜNYA

Milyarder Mask 61 milyonluq ipoteka götürdü

Milyarder Mask 61 milyonluq ipoteka götürdü
Sakura

Milyarder Mask 61 milyonluq ipoteka götürdü

“SpaceX” şirkətinin təsisçisi və “Tesla” şirkətinin rəhbəri İlon Mask “Morgan Stanley” bankından 61 milyon dollar məbləğində ipoteka krediti götürüb.

Bu haqda “Bloomberg” yazır.

Görünür, 21 milyard dollara yaxın (Forbes-in versiyasına görə - red.) varidatı olan biznesmenə Kaliforniyada beş evin alınması üçün kredit götürmək, öz biznes büdcəsindən pul ayırmaqdan daha asan olub.

Mask ilk ipoteka kreditini (17 milyon dollar) hələ 2012-ci ildə götürüb. Bu yaxınlarda kredit borcunu bağladıqdan sonra dörd malikanənin alınması üçün daha 50 milyon dollar ipoteka krediti götürüb.

Kreditin müddəti 30 ildir. Maskın ilk illər ərzində 3,5 (illik) faizli kredit ödəyəcəyi bildirilir.

Nəşrin yazdığına görə, ABŞ-da mövcud qanunvericiliyə əsasən Mark Zukerberq, Beyons, Cey-Zi və digər milyonçulara daşınmaz əmlakın alışı zamanı şəxsi bizneslərindən vəsaitlərin ayrılması sərf etmir, ona görə də, iri məbləğli kredit götürmək məcburiyyətində qalırlar. Banklar belə insanlara lüqotlu şərtlərlə sərfəli kreditlər təklif edir.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR