Slimfit
  1. DÜNYA

Milyarder Ay səyahətinə onunla gedəcək sevgili axtarır

Milyarder Ay səyahətinə onunla gedəcək sevgili axtarır
Sakura

Milyarder Ay səyahətinə onunla gedəcək sevgili axtarır

Yaponiyalı milyarder Yusaku Maezava “SpaceX”in Aya təşkil etdiyi turist səfərində onunla birlikdə iştirak edəcək sevgili axtarır.

BBC-nin məlumatına görə, 44 yaşlı milyarder Maezava internet saytında 2023-cü ildə Aya edəcəyi turist səyahətində özəl bir xanımla fərqli təcrübə yaşamaq istədiyini və iştirak etmək istəyən qadınların sayta müraciət edə biləcəyini qeyd edib.

Saytda 17 yanvarda başa çatacaq müraciət prosesində tələblərin siyahısına da yer verilib. Qısa müddət əvvəl 27 yaşlı aktrisa sevgilisi Ayame Qorikidən ayrılan Maezava Aya getmək istəyənlərin subay, 20 yaşından böyük, daim pozitiv və kosmosa səyahətdə maraqlı olmalarını istəyib.

Milyarderi Ay səyahətində müşayiət edəcək xanımla bağlı qərar mart ayında veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR