Dərc edildi: Baxış sayı: 392
Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak (Koçyigit) karyerasını bərpa edib
Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak (Koçyigit) karyerasını bərpa edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Belarus əsilli idmançı bundan sonra Filippində çıxış edəcək. O, “Generika Ayala Lifesavers” komandasının heyətində forma geyinəcək.
Qeyd edək ki, Kseniya Poznyak voleybolçu karyerasını 2018-ci ilin avqustunda başa vurmuşdu. 2002-ci ildən Azərbaycan millisində çıxış edən blokçu indiyə qədər “Azərreyl”, “Lokomotiv”, “Azəryol”, İtaliyanın “Parma”, Türkiyənin “Beşiktaş” və Rusiyanın “Leninqradka” klublarının formasını geyinib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət