Millimizin üzvləri oteldə siqaret çəkiblər — AFFA təsdiqlədi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada çıxış edən zaman gündəmə gəlib.
“Qafqazinfo” sportfm.az-a istinadən xəbər verir ki, yığmanın futbolçuları sözügedən ölkədə qaldıqları hoteldə siqaret çəkməklə AFFA-ya problem yaradıblar. Oyunçular otelə ziyan vurduqlarına görə AFFA cərimə ödəyib.
“Qafqazinfo”ya açıqlama verən AFFA-nın Mətbuat xidmətinin rəhbəri Firuz Abdulla hadisəni təsdiqləyib: “Belə bir hadisə baş verib. Futbolçular qaldıqları hoteldə siqaret çəkiblər. Milli komandanın daxili nizam-intizam qaydalarına görə həmin oyunçular da baş məşqçi tərəfindən cəzalandırılıblar. Lakin bu məsələdə AFFA-nın hər hansı cəza alması doğru deyil. Belə hadisəyə görə federasiyanı kim cərimələyəcək? Sırf futbolçuların günahıdır və onlar da cəzalarını alıblar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət