Dərc edildi: Baxış sayı: 368
Millimizin İsraillə heç-heçəsi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün "Dalğa Arena"da Azərbaycan - İsrail oyunu keçirilib.
Milli.Az xəbər verir ki, qarşılaşma 1:1 hesabi ilə başa çatıb. Yığmamızın heyətində Renat Dadaşov fərqlənib. Oyunun 86-cı dəqiqəsində Ziya Əzizovun yerinə yetirdiyi penalti zərbəsini rəqib qapıçı dəf edib.
U-21 növbəti oyununu sentyabrın 11-də, saat 20:00-da, "Dalğa Arena"da Norveç yığmasına qarşı keçirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət