Millimizin aparıcı üzvü dünya çempionatı öncəsi yeni klubla anlaşdı
Voleybol üzrə qadın millimizin aparıcı üzvü Natalya Məmmədova bu gün start götürəcək dünya çempionatı öncəsi yeni klubla anlaşıb.
Oxu.Az xəbər verir ki, Qazaxıstanın “Altay” klubu ukraynalı legionerimiz Natalya Məmmədovanı heyətinə qatıb.
Qeyd edək ki, 195 sm boyu olan Donetsk doğumlu Natalya 2003-cü ildən millimizin şərəfini qoruyur. 2002-ci ildə Ukrayna millisi ilə Avropa çempionatının gümüş medalını qazanmış Məmmədova İsveçrə, Azərbaycan çempionu olub, İspaniya, Türkiyə, Rusiya çempionatlarının mükafatlarına yiyələnib.
İsveçrə və Rusiya kuboklarını başı üzərinə qaldırmış Natalya Məmmədova “Rabitə” ilə klublararası dünya çempionluğu yaşayıb və üç dəfə Çempionlar Liqasının ən məhsuldar oyunçusu olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət