Slimfit
  1. İDMAN

Millimizə şübhəli penalti vermiş hakim “Qarabağ”ın oyununda

Millimizə şübhəli penalti vermiş hakim “Qarabağ”ın oyununda
Sakura

Millimizə şübhəli penalti vermiş hakim “Qarabağ”ın oyununda

Azərbaycan çempionu “Qarabağ”la Moldovanın “Şerif” klubu arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab görüşünü idarə edəcək hakimin adı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, görüşü makedoniyalı hakim Aleksandar Stavrevidarə edəcək. Ona Maryan KirovskiDeyan Kostadinov və Dimitar Meçkarovski kömək edəcək. Belçikalı Yohan Verbist hakim-inspektor, latviyalı Yevgeni Milevski UEFA nümayəndəsi olacaq.

41 yaşlı hakim artıq “Qarabağ”ın bəzi milli üzvlərinə tanışdır. Çünki Aleksandar Stavrev üç dəfə əsas millimizin oyununu idarə edib. İlk tanışlıq 2008-ci ilin sentyabrın 6-da DÇ-2010-nun seçmə mərhələsində çərçivəsində keçirilmiş Uels – Azərbaycan görüşündə (1:0) olub.

Həmin matçda millimizin braziliyalı legioneri Fabio Luiz Ramim 68-ci dəqiqədə meydandan qovulub. Hazırda “Qarabağ”ın kapitanı olan Rəşad Sadıqov isə sarı vərəqə ilə cəzalandırılıb.

2010-cu ildə Monteneqro ilə millimiz arasında keçirilmiş yoldaşlıq görüşünü (2:0) də Stavrev idarə edib. Onun millimizin idarə etdiyi sonuncu görüşü isə altı il əvvəl olub.

2012-ci ilin oktyabrın 16-da idarə etdiyi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Rusiya – Azərbaycan görüşü də millimizin məğlubiyyəti ilə başa çatıb – 0:1. Ən maraqlısı isə odur ki, Stavrev cərimə meydançasından kənarda edilmiş qayda pozuntusunu penalti kimi dəyərləndirib və ruslar Roman Şirokovun 84-cü dəqiqədə vurduğu bu penalti qolu ilə qələbə qazanıb. Yeri gəlmişkən, həmin matçın 14-cü dəqiqəsində “Qarabağ”ın digər müdafiəçisi Maksim Medvedev sarı vərəqə ilə cəzalandırılıb.

Aleksandar Stavrev “Qarabağ”ın oyununu da idarə edib. O, iki il əvvəl Çexiyanın Plzen şəhərində keçirilmiş Çempionlar Liqasının III təsnifat mərhələsinin “Viktoria” – “Qarabağ” görüşündə (0:0) baş hakim olub. O, 28-ci dəqiqədə Mahir Mədətovu sarı vərəqə ilə cəzalandırıb. 75-ci dəqiqədə isə rəqib müdafiəçi Yan Baranek ikinci sarı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq.

Səbuhi MUSAYEV

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR