Dərc edildi: Baxış sayı: 525
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına yeni baş məşqçi təyin olunub
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına yeni baş məşqçi təyin olunub.
Publika.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma Samir Əliyevə tapşırılıb. Təyinat AFFA-nın Məşqçilər Komitəsinin təqdimatı əsasında baş katibliyin birgə müzakirələri nəticəsində reallaşıb.
S.Əliyev 1991-ci ilədək təvəllüdlü futbolçulardan ibarət komandanı 2019-cu ilin oktyabrında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlayacaq. Hazırkı baş məşqçi Vüqar Məmməd isə U-19-a elit-raundda rəhbərlik edəcək.
Qeyd edək ki, Samir Əliyev ötən mövsüm “Səbail”ə rəhbərlik edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət