Slimfit
  1. İDMAN

Millimiz İngiltərə və Türkiyə ilə eyni səbətdə

Millimiz İngiltərə və Türkiyə ilə eyni səbətdə
Sakura

19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatmasının səbətləri açıqlanıb

19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatmasının səbətləri açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz elit-raundun püşkatmasında C səbətində yer alacaq.

A səbəti:
 Portuqaliya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, İrlandiya, Fransa

B səbəti: Şotlandiya, Serbiya, İsrail, Rusiya, Çexiya, Macarıstan, Hollandiya

C səbəti: İngiltərə, Ukrayna, Türkiyə, Uels, İsveçrə, Azərbaycan, Norveç

D səbəti: Belçika, Xorvatiya, Rumıniya, Sloveniya, Danimarka, Polşa, Kipr

Qeyd edək  ki,  dekabrın 6-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Qalib komandalar Ermənistanda oynanılacaq final mərhələsinə yüksələcək.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR