Dərc edildi: Baxış sayı: 675
Millimiz Ermənistanı məğlub etdi - Möhtəşəm qələbə
Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.
Axar.az xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5.
Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.
V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət