Slimfit
  1. İDMAN

Millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı

Millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı
Sakura

19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə…

19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Qol.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk sınağında İsrail seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qrupumuzn digər oyununda isə Gürcüstan və Lixtenşteyn yığmaları üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçirilir. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Ermənistanda keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup
 
1-ci tur

14 noyabr

14:00. Azərbaycan – İsrail - 1:4
Qollar:
 Emil Qasımov, 82 - Məhəmməd Kanaan, 9, Şadi Masarva, 28, Bar Arad, 56, 64
Hakimlər: Erik Lambrext, Karel De Roker (hər ikisi Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Tiflis, Mixail Mesxi adına stadion.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR