Slimfit
  1. İDMAN

"Millidə hamı rus yox, Azərbaycan dilində danışır"

"Millidə hamı rus yox, Azərbaycan dilində danışır"
Sakura

"Millidə hamı rus yox, Azərbaycan dilində danışır"

4 illik fasilədən sonra yenidən milli komandamıza dəvət alan Rüfət Dadaşov UEFA Millətlər Liqasının Malta ilə oyunundan sonra Almaniyaya qayıdar-qayıtmaz yerli mətbuata müsahibə verib. Söhbət zamanı bir sıra məqamlara toxunan 28 yaşlı hücumçunun yığmanın düşərgəsində istifadə olunan danışıq dili ilə bağlı səsləndirdiyi fikirlər daha çox marağa, həm də təəccübə səbəb olub. "Proyssen"in bombardiri bildirib ki, milli komandada əsasən rusca danışılır və demək olar ki, bütün futbolçular bu dildə bilirlər. Rüfət hətta baş məşqçi Qurban Qurbanovun da rus dilindən tez-tez istifadə etdiyini söyləyib.

Dadaşovun sözləri ilə razılaşmayan millinin yarımmüdafiəçisi Rahid Əmirquliyev Qol.az-a açıqlamasında komandada hamının Azərbaycan dilində danışdığını bildirib: "Açığı, Rüfət Dadaşovun niyə belə dediyini bilmirəm. Çünki belə bir şey yoxdur. Millinin düşərgəsində hamı azərbaycanca danışır. Ola bilər, kimsə Rüfətlə ünsiyyətdə rus dilindən istifadə etsin. Bu da onunla əlaqədardır ki, Rüfət və daha 2-3 futbolçu Azərbaycan dilini bilmir. Yalnız bu halda, onlarla danışarkən futbolçular öz fikirlərini rus dilində ifadə edə bilərlər. Amma ümumilikdə hamı öz dilimizdə danışır. Tərcüməçi var, azərbaycanca danışırıq, o da tərcümə edir".

Millinin digər oyunçusu, əslən Dağıstandan olan və ünsiyyəti rus dilində quran Ruslan Qurbanov isə Rüfətin fikirləri ilə bağlı bunları deyib: "Açığı, bu suala necə cavab verəcəyimi bilmirəm. Komandada lazım olan sözləri tərcümə edən tərcüməçi var. Qurban müəllim isə həm Azərbaycan, həm də rus dilində danışır".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR