Slimfit
  1. MEDİA

Milli qəhrəmanın həyat yoldaşı vəkil oldu: “Zorakılığa məruz qalan qadınların hüquqlarını müdafiə edəcəm”

Milli qəhrəmanın həyat yoldaşı vəkil oldu: “Zorakılığa məruz qalan qadınların hüquqlarını müdafiə edəcəm”
Sakura

Milli qəhrəmanın həyat yoldaşı vəkil oldu: “Zorakılığa məruz qalan qadınların hüquqlarını müdafiə edəcəm”

Zorakılığa məruz qalan qadınların hüquqlarını qoruyacam.  

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova vəkillik fəaliyyətinə başlayacaq.  

Sevinc Orucova bu barədə Oxu.Az-a açıqlamasında deyib.  

O bildirib ki, bir ildir əziyyətlə imtahanlara hazırlaşıb: “Dostlar bilir ki, mən artıq bir ilə yaxın müddətdir ki, imtahanlara hazırlaşırdım. Nəhayət imtahan verdik və 90 nəfər vəkil vəsiqəsi qazandı. Onlardan biri də mən oldum. Ötən gün andiçmə mərasimi oldu. 90 nəfərin içində öz adımı ən sonda eşitdim. Vəkillər Kollegiyasınən sədri Anar Bağırov xüsusi olaraq məni sona saxladı və çox sağ olsun, vəsiqəmi şəxsən özü təqdim etdi”.  

S.Orucova vəkillik fəaliyyətini zorakılığa məruz qalan qadınların hüquqlarının müdafiəsi üçün qazandığını deyib: “Bildiyiniz kimi bizim “Zəfər” Şəhid ailələrinə dəstək İctimai Birliyimiz var. Bizim işlərimiz çox böyükdür.  

Hazırda özüm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən bir qurumun hüquq departamentinin direktor müavini kimi çalışıram. Özüm ali təhsilli hüquqşünasam. Son hadisələrdən sonra dostlar mənə dəstək oldu, imtahan verməyə, vəkillik vəsiqəsi almağa vadar etdi, deyək.  

Ötən ilin oktyabr ayında Bakı Dövlət Universitetinin müəllimi Asif müəllimin dəstəyi ilə hazırlaşdım. İmtahanlarda Vəkillər Kollegiyasının da dəstəyi oldu. Bu gün çalışdığım, məsuliyyətini götürdüyüm işlərlə yanaşı imkansız ailələrə, zorakılığa məruz qalan qadınların hüququnu müdafiə etmək üçün bu vəsiqə üçün mübarizə apardım və qalib gəldim”.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR