Slimfit
  1. HƏRB

Milli ordumuz necə yaranıb? - Generalın tarixi raportu

Milli ordumuz necə yaranıb? - Generalın tarixi raportu
Sakura

Milli ordumuz necə yaranıb? - Generalın tarixi raportu

Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyevin milli ordumuzun necə yaranması ilə bağlı general Sadıq bəy Ağabəyovun 1919-cu ildə hökumətə göndərdiyi raportun mətnini yayıb.

Axar.az xəbər verir ki, 1919-cu ilin yanvarında bir neçə nəfər parlament üzvü ilə birlikdə Dağlıq Qarabağdakı yeni hərbi hissələri yoxlanışa göndərilən general Sadıq bəy Ağabəyov (1865-1944) hökumətə göndərdiyi raportda ürək ağrısı ilə yazırdı:

“Qazax piyada alayının Əsgəranda yerləşən hissələri ilə tanışlıq məndə və Parlament üzvlərində son dərəcə ağır təəssürat yaratdı. Biz hissəyə axşam yoxlaması zamanı gəlib çatdıq. Əsgərlərdən bəziləri şinel əvəzinə, çox güman ki, evdən gətirdikləri köhnə, çirkli yorğanlara bürünmüşdülər. Bəziləri isə soyuqdan qorunmaq üçün çiyinlərinə kisə, yaxud çuval salmışdılar. Bir nəfərin ayaqları tamam yalın idi. Bir sözlə, bütün bunlar çox kədərli mənzərə yaradırdı. Əsgərlərin qaldığı yer yaşayış binasından daha çox it damını xatırladırdı. İçəri dəhşətli dərəcədə darısqal və çirkli idi. Binanın ortasında qalanmış ocağın tüstüsü adamın gözünü çıxarırdı. Ocaq təkcə qızınmaq yox, həm də içərini işıqlandırmaq üçün yandırılmışdı. Çünki lampa yox idi. Çarpayılar və yataq dəstləri də gözə dəymirdi. İki "podpraporşik"in yaşadığı zabit otağı da eyni vəziyyətdə idi - burada da lampa, çarpayı və yatacaq yox idi. Otaq zabitlərin öz pulları ilə aldıqları qara çıraqla işıqlandırılırdı”.

Eyni məlumatdan başqa bir ürəkağrıdan sitat:

“...Xəstəxana yoxdur, müxtəlif kateqoriyalardan olan xəstələr eyni otaqda saxlanır, yoluxucu xəstəliklərə tutulanlar digərlərindən təcrid edilməmişdir. General Əfəndiyevin dediyinə görə, adamlar həftələrlə hamam üzü görmürlər. Ümumiyyətlə, Ağdamdakı hərbi hissələrin sanitar və gigiyenik vəziyyəti son dərəcə qeyri-qənaətbəxşdir”.

P.S. Əsgərlərindən bir an da ayrılmayan general Süleyman Əfəndiyev (1869-1919) Bakıda, gənc yaşında vəfat edən oğlunun dəfninə də getməmişdi. Az sonra özü də tif xəstəliyinə yoluxaraq ölmüşdü.

Belə acınacaqlı şəraitdə yaranan Azərbaycan ordusu isə 1920-ci ilin martında Dağlıq Qarabağ uğrundakı döyüşlərdə Ermənistan ordusunu darmadağın etmiş, tərifli erməni generalı Dronu "Ararat Respublikası"nın içərilərinə qədər qovmuşdu. Bu bir daha göstərir ki, savaşların taleyini həll edən silah-sursatdan çox insan faktoru, millət və vətən duyğusudur!

Ordu gününüz mübarək Vətən qarşısında namus borcu olan 7-dən 77-yə bütün soydaşlar!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR