Slimfit
  1. İQTİSADİYYAT

'Milli Nüvə Tədqiqatları Mərkəzi'nin yığılmış zərəri 9 milyon manata yaxınlaşıb

'Milli Nüvə Tədqiqatları Mərkəzi'nin yığılmış zərəri 9 milyon manata yaxınlaşıb
Sakura

'Milli Nüvə Tədqiqatları Mərkəzi'nin yığılmış zərəri 9 milyon manata yaxınlaşıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2019-cu ili 1,7 milyon manat zərərlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 19,3% azdır.

Bununla belə, şirkətin yığılmış zərəri 24,8% artaraq 8,6 milyon manata çatıb.

Ötən il “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin satışdan gəlirləri 21 min manat (illik müqayisədə 29,6% az), satışının maya dəyəri 978 min manat (6,3 dəfə çox), ümumi və inzibati xərcləri isə 747 min manat (62,3% az) təşkil edib.

Bu il yanvarın 1-nə Mərkəzin aktivləri 7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,9% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 30,9% artaraq 436 min manata, balans kapitalı isə əlavə kapital qoyuluşu hesabına 21,4% artaraq 6,6 milyon manata çatıb.

Xatırladaq ki, “Milli Nüvə Tədqiqatları Mərkəzi” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR