Slimfit
  1. MƏDƏNİYYƏT

Milli Musiqi Günü ilə əlaqədar Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Milli Musiqi Günü ilə əlaqədar Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
Sakura

Milli Musiqi Günü ilə əlaqədar Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Milli Musiqi Günü ilə əlaqədar Mədəniyyət naziri Əbülfəz Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

''Report'' xəbər verir ki, Ə.Qarayev mərasim iştirakçılarını salamlayıb və onları Milli Musiqi Günü münasibətilə təbrik edib. 

Nazirin sözlərinə görə, Milli Musiqi Günü təkcə paytaxtda deyil, bölgələrdə də qeyd ediləcək və ir sıra tədbirlər keçiriləcək: "Artıq 11 ildir ölkəmizdə musiqi festivalı keçirilir. Bu festival çərçivəsində Soltan Hacıbəyovun yaradıcılığına həsr olunmuş gecə də təşkil olunacaq. Bu əziz məkanda duraraq prezidentimizə mədəniyyətə göstərdiyi qayğıya görə təşəkkür edirəm. Allahdan dahi bəstəkarımıza rəhmət diləyirəm''.

Daha sonra Azərbaycan Respublikası Dövlət xor kapellası ''Leyli və Məcnun'' operasını səsləndirib.

Mərasim iştirakçıları mədəniyyətimizin böyük himayədarı, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq, məzarları üzərinə tər çiçək dəstələri düzüblər.

Milli musiqi günündə həmçinin Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev və Bülbül kimi görkəmli sənətkarların məzarları ziyarət olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR