Slimfit
  1. AZƏRBAYCAN

Milli mətbuatın yaranması milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır

Milli mətbuatın yaranması milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır
Sakura

Milli mətbuatın yaranması milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır

Bu il Azərbaycan xalqı ictimai-mədəni tarixinin önəmli səhifələrindən birini - milli mətbuatın yaranmasının 143-cü ildönümünü qeyd edir. Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi olmuş anadilli mətbuatımız həm də çoxəsrlik yazılı tariximizin son 143 ilinin zəngin salnaməsini yaradıb. Çünki Azərbaycanda milli mətbuat milli dövlətin mövcud olmadığı bir zamanda yarandı. Bu faktın özü də yetərincə böyük üstünlükdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.

O deyib: “Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bildi və respublikanın ictimai-siyasi həyatında fəal rol oynadı. "Əkinçi"dən sonra işıq üzü görən qəzet-jurnallarımızın hamısı milli mətbuat tariximizin həmin gündən başlandığını birmənalı olaraq qəbul etdilər, Zərdabi yoluna və məramına sadiq qalmağa çalışdılar. "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat", "Molla Nəsrəddin", "Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq söz" kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. Azərbaycan milli mətbuatının tarixini qədirbilən xalqımız isə həmişə diqqət və məhəbbətlə yad etmiş, onun təcrübəsi, ənənəsi yazarların yeni-yeni nəsillərinin fəaliyyətində əsas ötürülməklə, bu günümüzə çatdırılmışdır.

Ulu öndər Heydər Əliyev 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşri ilə milli mətbuatımızın yaradılmasını 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə reallaşan milli istiqlalımıza doğru atılan ilk addım kimi dəyərləndirmiş, anadilli jurnalistikamızın keçdiyi mərhələləri dövlətçilik məfkurəsinin formalaşması və yaşadılması yolunda misilsiz mücadilə kimi səciyyələndirmişdir. Həqiqətən də 1993-cü ildən bəri demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər ulu öndərin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış ulu öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılması, onların borclarının ləğv edilməsi KİV-in inkişafına təkan vermiş, onun müstəqil fəaliyyətinə möhkəm əsaslar yaratmışdır. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Yarandığı 143 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. 143 il əvvəl xalqın zəruri tarixi tələbatından yaranmış və ötən dövrdə onun köklü maraqlarına xidmət etmiş milli mətbuatımızın pozulmaz-dəyişməz amalı, tarixi təcrübəsi, gərəkli ənənələri və şəksiz xidmətləri deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin hərtərəfli tərəqqisi və modernləşdirilməsi dövrünün vəzifələrini də jurnalistikamız uğurla yerinə yetirəcək. Mövqelərini ildən-ilə möhkəmləndirən azad mətbuat, yeni tipli KİV ölkəmizdə sivil, demokratik cəmiyyət yaradılmasına layiqli töhfələr verəcəkdir. Bu gün Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR